Tək Yol filmi

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Əliyevin məktəbin şagirdləri ilə birgə hazırladığı vətənpərvərlik mövzusunda film.

Advertisements
Qaçaq tərəfindən Video kateqoriyasında dərc edildi
Galereya

Tək Yol Film

Bu qalereya s foto ehtiva edir.

12 mart 2016 -cı il tarixində Natiq Behdiyev adina İsmayıllı şəhər  6 nömrəli tam orta məktəbi ilə İsmayıllı Sənətkarlıq  kulubunun birgə ,rayonumuzun şəhid övladları Seyfəliyev Şahməmməd və Həsənov Rumanın  xatirəsinə həsr olunmuş Tək Yol adlı tədbir baş tutdu. Tədbirdə , Elvin … Oxumağa davam et

Qaçaq tərəfindən Azərbaycan kateqoriyasında dərc edildi

Vətən sağ olsun

Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il Şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 2005 ci ildə həmin orta təhsilini başa vurub . Elə həmin il, əsgəri borcunu yerin yetirmək üçün hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidmət etdiyi zaman ərzində çavuş rütbəsinə qədər yüksəlmiş və əsgəri ximətini 2007-ci ildə başa vurmuşdur. Bir müddət mülki işlərdə işlədikən sonra, 2008 ci ilin yayında valideynlərinə yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəyini bildirib lakin valideynlərinin razılığını ala bilməyib. Bu barədə növbəti cəhdində, 2009-cu ilin avqust ayında valideynlərini razı sala bilib və yenidən hərbi xidmətə yolanıb, hərbi hissələrin birincə Gizir rütbəsində çalışmağa başlayıb.Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir. Çox çəkmir ki,uzun müddət düşündüyü, arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur. Düşmən ağır itkilərə məruz qalır və ancaq səhər saatlarında əsgərimizə üstün gələ bilir. İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur. Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri cənnətlik olsun….!

Qaçaq tərəfindən Qarabağ kateqoriyasında dərc edildi

Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin .

Bu gün Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində 2 fevral “Gənclər”  günü qeyd edildi.

Tədbirdə çıxış edən məktəbin direktoru Qalib Bəşirov ,gənc nəslin savadlı ,tərbiyəli və elini,obasını sevən vətandaş olmasını bildirdi.

Qalib müəllim gənc müəllimlərə və 10-11-ci sinif şagirdlərinə işlərində və dərslərində uğurlar arzuladı.

Onuda xatırladım ki , hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonraAzərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gənclər onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi  ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Qaçaq tərəfindən Azərbaycan kateqoriyasında dərc edildi
Galereya

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR..

Bu qalereya s foto ehtiva edir.

Natiq Behdiyevadına İsmayıllı Şəhər 6 Nömrəli tam orta məktəbində  hər il olduğu kimi bu il də ,2014-2015-ci il üçün yekun tədbir təşkil olunmuşdur. Tədbirdə məktəbimizin bir ildə qazandığı uğurlar və şagirdlərin əldə etdiyi yüksək nəticələr haqqında geniş müzakirələr və təqdimatlar … Oxumağa davam et

Qaçaq tərəfindən Azərbaycan kateqoriyasında dərc edildi